DNS Round Robin

Re-Design

Katılımcı Üye
6 May 2013
973
0
round-robin-744x600.jpg


Salamlar. Bugün round robin funksiyasını işləmə prinsipini öyrənməyə çalışacayıq. Hazırki zamanda serverlərin işinin axsamaması ən vacib amillərdən biridir. Bunun üçündə load balancing (yük paylaşması) etmək vacib haldır. Bunun üçün bəzi hardware-lər var. Lakin hardware həllərlə yanaşı software həllərə mövcuddur. Təbii ki hardware həllər daha yaxşı performans göstərir. Lakin kiçik müəssələr üçün software həllər tətbiq etmək daha əlçatandır.

Aşağıdakı şəkildə nümunə verilmişdir.

round-robin-744x600.jpg


DNS round robin necə işləyir ? Məsələn bizim saytımız iki web server üzərində durur. Əgər biz round robin funksiyasını deaktiv etsək o zaman yalniz bir server-ə sorğu gedəcək. Əgər round robin funksiyası aktiv olarsa bu zaman sorğulardan biri bir server-ə ikinci sorğu isə digər serverə gedəcək. Əvvəlcə round robin funksiyasını aktivləşdiririk. Bunun üçün dns serverin properties-inə daxil olub Advanced bölməsinə daxil oluruq.

roundrobinenable-800x450.jpg


Dns server üzərində www adı ilə iki host(A) recordu açırıq. Aşağıdakı şəkildə gördüyünüz kimi www record-unu həm 192.168.2.10 həmdə 192.168.2.20 ip adresinə yazmışıq.

dns-800x450.jpg


Yazdığımız recordları nslookup ilə yoxlayırıq. Əmrlər sətrinə nslookup yazıb www recordunu sorğulayırıq:

nslookup.jpg


Gördüyünüz kimi recordlarımız resolve oldu. İndi isə client komputerinden sorğu göndərərək test edək.Sorğunu göndərmədən öncə hər dəfə ipconfig /flushdns əmrini verib cache yaddaşı təmizləyək. Sonra isə http://www.test.local -a ping göndəririk.

ping.jpg
 
Üst

Turkhackteam.org internet sitesi 5651 sayılı kanun’un 2. maddesinin 1. fıkrasının m) bendi ile aynı kanunun 5. maddesi kapsamında "Yer Sağlayıcı" konumundadır. İçerikler ön onay olmaksızın tamamen kullanıcılar tarafından oluşturulmaktadır. Turkhackteam.org; Yer sağlayıcı olarak, kullanıcılar tarafından oluşturulan içeriği ya da hukuka aykırı paylaşımı kontrol etmekle ya da araştırmakla yükümlü değildir. Türkhackteam saldırı timleri Türk sitelerine hiçbir zararlı faaliyette bulunmaz. Türkhackteam üyelerinin yaptığı bireysel hack faaliyetlerinden Türkhackteam sorumlu değildir. Sitelerinize Türkhackteam ismi kullanılarak hack faaliyetinde bulunulursa, site-sunucu erişim loglarından bu faaliyeti gerçekleştiren ip adresini tespit edip diğer kanıtlarla birlikte savcılığa suç duyurusunda bulununuz.