Salam əziz dostlar. Bu gün sizə virtual maşınların yaradılması üsulunu göstərəcəm. Bunun üçün bizə nə lazımdır?!
1.VMware Workstation hansı versiyasını istəyirsinizsə yükləyirsiniz.
Try VMware Workstation Pro, Run Linux and Windows in a Virtual Machine
2. İSO fayl və ya Əməliyyat sistemi diski.
https://www.microsoft.com/en-us/evalcenter/evaluate-windows-10-enterprise
Mən bu gün sizə İSO fayl üzərində sistemin yazılmasını göstərəcəm.
1-ci proqramı açırıq daha sonra işarə etdiyim xanaya yəni Create a New Virtual Machine-yə daxil olub Next-edirik:
Gördüyünüz kimi iki seçimimiz var:
1-ci Əməliyyat Sistemini Format diski ilə yaza bilərik.
2-ci ilə İSO fayl ilə. Bu gün İSO fayl ilə sistemi yazacağıq.
Burada Browse edib İSO faylımızı seçib next edirik.
Next edib. Qarşımıza çıxan pəncərəni Yes edirik.
Burada Maşınımıza ad verib hansı qovluqda yerləşəcəyini təyin edirik. Mən dəyişiklik
etmirəm.
Bu xanada isə virtual maşının Sərt diskinizin tutumunu qeyd edirsiniz.60 GB götürürəm.Next edirik.
Bu pəncərəni Finish edirik.
Finish etdikdən sonra bu pəncərə açılır.
Buradan Power on this virtual machine- seçib. Sistemi yazmağa başlayırıq.
Açılan pəncərədə isə sisteminizə uyğun seçib edirsiniz.Əgər sisteminiz 32 bitdirsə,x86.64 dürsə x64 seçirik. Mən sistemimə uyğun x86 seçirəm. Next edirəm.
Gördüyünüz kimi ƏS-mi yüklənmək üzrədir. Yüklənməsi bir az zaman alır.
Sonunda isə Restart gedir bu pəncərə açılır. Buradan işarə etdiyim yeri seçirik.
Sonunda Windows 7 pəncərəsi açılır.

